Azərbaycan Prezidentinin təşəbbüsü ilə struktur islahatları davam etdirilir
20:10 04.02.2016
Arxiv
724
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə biznes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində struktur islahatları davam etdirilir.
Bu kontekstdə ölkənin maliyyə-bank sisteminin səmərəli inkişafının təmin olunması, həmin sahədə tənzimləmə və nəzarətin mütərəqqi metod və mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu fikirlər Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin AZƏRTAC-a açıqlamasında vurğulanır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti ictimaiyyətin diqqətinə çatdırır ki, Palata qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq ölkədə qiymətli kağızlar və sığorta bazarlarının, investisiya fondlarının, ödəniş sistemləri və kredit təşkilatlarının, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcək. Qeyd olunan sahələr üzrə lisenziyalaşdırılmasına, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı Palata, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahələrində fəaliyyəti də əlaqələndirəcək.
Şəffaflılığın təmin edilməsi üçün Palata kollegial prinsiplərlə idarə olunacaq. Bu zaman əməliyyat və maliyyə müstəqilliyi prinsipləri əsas götürüləcək. Fərmana müvafiq olaraq 1 ay ərzində Palatanın nizamnaməsi, strukturu və idarəetmə tərkibi dövlətimizin başçısı tərəfindən müəyyən ediləcək və bu andan Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə xitam veriləcək. Bu da, müvafiq sahələrdə vahid tənzimlənmənin davamlı və ardıcıl tətbiqini təmin edəcək. Maliyyə bazarlarında vahid tənzimləyici yanaşma qlobal maliyyə mərkəzlərində uğurla tətbiq edilir və Palata öz fəaliyyətində məhz belə mütərəqqi beynəlxalq təcrübəni rəhbər tutacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat