Azərbaycan "Tokio 2020" paralimpiya oyunlarına ikinci lisenziyasını qazandı
08:45 10.09.2019
Arxiv
610
Dünya çempionatının ilk gününə Azərbaycan komandası uğurla başlayıb.
Milli.Az xəbər verir ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən para üzgüçülük üzrə Dünya çempionatında Azərbaycan komandası ilk uğuruna imza atıb.
Komandamızın üzvü Roman Saleh 100 metr məsafədə arxası üstə üzgüçülük yarışında 1 dəqiqə, 1 saniyəlik (1:01:00) nəticə göstərərək yarışı 2-ci yerdə tamamlayıb.
Dünya çempionatında birinci və ikinci yerləri qazanan idmançılar Paralimpiya oyunlarına birbaşa lisenziya qazandıqlarını nəzərə alsaq, paralimpiyaçımız Roman Saleh bu yarışda "Tokio 2020" XVI Yay Paralimpiya oyunlarına birbaşa lisenziya qazanıb.
Komandamızın digər idmançısı Şamil Şahov yarışa inamlı başlayaraq finala çıxmağı bacarsa da, finalda 8-ci yerlə kifayətlənməli olub.
Xatırladaq ki, bu Azərbaycan paralimpiyaçılarının "Tokio 2020" paralimpiadasına qazandığı ikinci lisenziyadır. Bundan əvvəl para pauerliftinq üzrə yığma komandamızın üzvü Elşən Hüseynov da "Tokio 2020"-yə lisenziya qazanmağı bacarmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual