Azərbaycan və Türkiyə dollardan imtina edir? - QƏRBƏ DEMARŞ




İqtisadiyyatı Azərbaycandan dəfələrlə böyük olan ölkələr-Çin və Rusiya kimi ölkələr dollardan imtinaya cəhd göstəriblər. 

Bu barədə Sherg.az-a "Azərbaycan və Türkiyə ticarət dövriyyəsində milli valyutaya keçə bilər" iddiasını şərh edərkən iqtisadçı- ekspert Nazim Bəydəmirli bildirib. 

Ekspertin sözlərinə görə, Qəribə burasındadır ki, manat və lirə ilə alış veriş etmək istəyən təşkilatlar və ya dövlət qurumları bunu hansısa valyutaya bağlamalıdırlar: 

" Gürcüstan, Ukrayna Azərbaycan və Moldova (GUAM) ölkələr bir neçə dəfə bu məsələ haqda söhbətlər aparıblar. Regional valyutanın yaradılmasına çalışıblar. Amma bunun perspektivini görmürəm. Bunu Qərbə demarş cəhdi kimi qiymətləndirirəm. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın szöügedən məsələ ilə bağlı etirafları var. ZƏnnimcə, bu məsələ maliyyə deyil, geosiyasi maraqlarla bağlıdır. Qısası bunu bir cəhd kimi dəyərləndirirəm amma perspektivinə inanmıram. Ona görə ki, bunun həyata keçilmə mexanizmlərini anlaya bilmirəm. Ondə gərək bu qızıla bağlansın. Qızılın özü də dünya bazarında dollar və avro ilə alınıb, satılır. Məncə, dönər valyuta olmalıdır. Dünya ticarətinin 75 faizi dollar , 25 faizi isə avro üzərində həyata keçirilir. Bu mənada güman etmirəm ki, Azərbaycan və Türkiyənin xarici ticarətdə milli valyutaya keçə bilsinlər".

Qeyd edək ki, Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb. Həmin ölkələr arasında Azərbaycan da var.

Ayyət Əhməd