Azərbaycan yollarında həftəsonu: 5 ölü, 23 yaralı




İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər həyatını itirib. Lent.az xəbər verir ki, şənbə günü ölkə yollarında 6 yol qəzası baş verib və nəticədə 3 nəfər ölüb, daha 6 nəfər isə xəsarət alıb. Bazar günü baş vermiş 13 yol-nəqliyyat hadisəsi isə 2 nəfərin ölümünə, daha 17 nəfərin yaralanmasına səbəb olub.
Şənbə günü Göyçayda baş vermiş qəzada 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Bərdədə isə iki "QazEl"in yük maşını ilə toqquşması nəticəsində oğul ölüb, ata isə yaralanıb.
Bazar günü Bakının Sabunçu rayonunda və Sumqayıt şəhərində 2 piyada yol qəzasının qurbanı olub.