Azərbaycanda 16 nəfərin donuz qripinə yoluxması barədə məlumatlar təkzib edildi




Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanda 16 nəfərin А/H1N1 virusuna (donuz qripi) yoluxması barədə yayılan məlumatlar düzgün deyil.

Bu barədə "Sherg.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ÜST-nin referens laboratoriyasına heç bir nümunə göndərilməyib: "Ona görə də bu məlumatların haradan yayıldığını deyə bilmərik. ÜST-nin Azərbaycan ofisi də SN-yə 16 nəfərin donuz qripinə yoluxması barədə məlumatların yanlış olduğunu açıqlayıb. ÜST sabah bu barədə daha geniş açıqlama verəcək".

Qeyd edək ki, ÜST-nın həftəlik bülletenində Azərbaycanda 16 А/H1N1 virusuna yoluxma halının aşkarlanması barədə məlumat yer alıb.