Azərbaycanda 800 nəfərin pensiyası ikiqat artıb
08:55 16.11.2017
Arxiv
930
"Azərbaycanda 100 minə yaxın işləyən pensiyaçı var".
APA-nın şimal bürosu xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazirin sözlərinə görə, əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyə əsasən həmin şəxslərin pensiyaya çıxdıqdan sonra fərdi hesablarına yığılan pensiya kapitalından 72 aydan sonra yenidən istifadə etmək imkanı var: "Bu dəyişikliyə görə, pensiyaya çıxdıqdan sonra işləyən şəxslər öz fərdi hesablarında topladıqları vəsaiti pensiya təyin edildikdən 6 ildən sonra yenidən istifadə etmək hüququ qazandılar. Vətəndaş pensiyaya çıxdıqdan sonra onun hesabındakı pensiya kapitalı sıfırlanırdı və pensiya təyin olunurdu. Sonradan işləməyə davam etdiyi müddətdə həmin fərdi hesabında pensiya kapitalı yığılmaqda davam edirdi. Yeni dəyişikliyə görə, 72 aydan sonra hesaba yığılan puldan istifadə imkanı yaranır. İnsanlar 72 aydan sonra müraciət etdikdə onun pensiyası yenidən hesablanır və fərdi hesabındakı məbləğ də hesablanaraq onun pensiyasının üzərinə gəlir".
S.Müslümov bildirib ki, artıq 800-dək vətəndaş bu hüquqdan istifadə edib. "Onların ortalama pensiyalarının artımı 176 manat olub. Həmin şəxslərin pensiyalarının 2 dəfədən çox artmasına gətirib çıxardığını deyib. Bu proses hazırda da davam edir", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə