Azərbaycanda bank sektorunun aktivlərinin azalma tempi zəifləyib





 Azərbaycan bank sektorunun aktivləri bu il iyunun 1-nə 27 559,2 mln. manat təşkil edib.

"Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,3% azdır.

Xatırladaq ki, bu ilin aprel ayında sektorun aktivləri 0,9% azalmışdı. Başqa sözlə, mayda azalma tempi zəifləyib.