Azərbaycanda bir ilk: Övliyalar ensiklopediyası çap olundu
12:35 10.03.2021
Arxiv
891
Həkim-psixoterapevt Paşa Yaqub övliyalar haqqında araşdırmalarını bir kitabda-“Övliyalar ensiklopediyası” adlandırdığı topluda cəmləşdirib. “Övliya” ərəb dilində «vəli» sözünün cəmi olub, “həyatını Allah yolunda sərf edərək, ona yaxınlaşmağa nail olmuş müqəddəs insan”, “müqəddəs, təmiz, pak, saf şəxsiyyət” anlamını bildirir.
Övliyalarımızdan bəhs edən 680 səhifəlik bu kitab çox maraqlı və oxunaqlı bir dildə yazılıb. Azərbaycanın ictimai fikir tarixində İslam dininin rolu misilsizdir. İslamın bir sıra təriqət və cərəyanları, tanınmış sufi alimləri, şeyxləri, dövrünün görkəmli elm və mədəniyyət xadimləri cəmiyyətimizdə zaman-zaman baş vermiş sosial-siyasi hadisələrdə islami dəyərləri, müqəddəs xanəgahlarımızı, pirlərimizi, ziyarətgahlarımızı uzun əsrlər boyu qoruyaraq bu günümüzə gətirib çıxarıblar. Əsrlərin daş yaddaşı olan kitabələrdə Azərbaycanda fəaliyyət göstərmiş neçə-neçə sufi cəmiyyətlərin, kəramətli şeyxlərin, ruhani alimlərin adlarına rast gəlmək olar. Məlumdur ki, İslam dünyasında geniş yayılmış sufizm çox mürəkkəb bir fəlsəfi cərəyan olub. Azərbaycanın ictimai həyatında, tarixində onun İslam dünyası ilə mədəni-siyasi əlaqələrində orta əsr sufi cəmiyyətinə mənsub olan övliyalarımızın, ruhani alimlərimizin, şeyxlərimizin, şairlərimizin özünəməxsus, mühüm, ləyaqətli yeri olub. Son orta əsrlərdən bəhs edən kitablardan da görürük ki, sufi cəmiyyətlərində Allaha qovuşmaq – təsəvvüf, vəhdəti-vücud məqsədinin metodları, eləcə də xüsusi təlimlər müxtəlif formadadır.
Kitabda 13-cü əsrdə Türkiyədə əsası Mövlana Cəlaləddin Rumi tərəfindən qoyulmuş mövləvilik (mövlə ərəb dilində “Allah, Tanrı, Yaradan” deməkdir), orta əsrlərdə Kiçik Asiyada, o cümlədən, Azərbaycanda meydana gələn, “Zəhmət qardaşları” cəmiyyətinin üzvləri hesab edilən əxilik (əxi sözü ərəb dilində “qardaş” anlamını ifadə edir), eləcə də nəqşibəndilik, ələvilik və s. təriqətlər və onların nümayəndələri barədə maraqlı yazılar da yer alıb.
“Övliyalar ensiklopediyası” Azərbaycanda (bəlkə də dünyada) bir ilkdir. İndiyədək çox mövzularda ensiklopediyalar çap olunsa da, övliyalıq mövzusunda ensiklopediya tərtib olunmayıb. Bu ilkə imza atan yazıçı-publisist, araşdırmacı, tanınmış psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaqub 36 kitab müəllifidir.
“Övliyalar ensiklopediyası” «Mənəvi Dəyərlərin Təbliği» Fondunun maliyyə dəstəyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi əsasında çap olunub. Kitabın ikinci cildi də nəşrə hazırlanır.
Arzu və təklifləri olanlar müəlliflə əlaqə saxlaya bilərlər:
050 375 30 97
051 777 70 40
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat