Azərbaycanda biznesi olan milyarderin qardaşı oğlu güllələndi






Rusiyalı milyarder Mixail Qutseriyevin qardaşı oğlu güllələnib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə bir qədər əvvəl Moskvada baş verib. Milyarderin qardaşı oğlu Əlixan Qutseriyevə paytaxtın Lobaçevski küçəsində başından və boynundan iki güllə vurublar. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.