Azərbaycanda bu serialların çəkilişi dayandırıldı
16:45 19.03.2020
Arxiv
2232
Sürətlə yayılan koronavirus infeksiyası təkcə insanların səhhətinə yox, həm də iş həyatına təsir edib. Dünyada bir çox tədbirlər, konsertlər təxirə salınıb, iş yerləri fəaliyyətini müvəqqəti dayandırıb və ya çalışma saatlarını azaldıb.
COVİD-19 infeksiyası film sahəsinə də təsirsiz ötüşməyib. Bir çox ekran işlərinin çəkilişləri dayandırılıb, təqdimat mərasimləri ləğv edilib. Bəs görəsən, Azərbaycanda serial, film sahəsində koronavirusla bağlı hansı tədbirlər görülüb?
Axşam.az məsələ ilə bağlı serialların çəkiliş komandaları arasında sorğu aparıb.
Məlum olub ki, “Xəzər” TV-də yayımlanan “Ata ocağı” və “İmtahan” seriallarının çəkilişi müvəqqəti olaraq dayandırılıb.
Verilən açıqlamada bildirilir ki, çəkilişlərin dayanmasının səbəbi koronavirus deyil:
“Çəkilişləri martın 26-na kimi saxlamışıq. Bizə hər hansı göstəriş gəlməyib. Dayanmağımızın səbəbi isə koronavirus deyil. Bayrama görə müvəqqəti ara verilib. Çəkiliş zamanı komanda spirt, maska və digər gigiyenik vasitələrlə təmin olunub”.
Bildirək ki, “Ata ocağı” serialında baş rolları Xalq artistləri Qurban İsmayılov, Həmidə Ömərova, Vidadi Həsənov, Əməkdar artistlər Ayşad Məmmədov, Sənubər İsgəndərli canlandırır.
“İmtahan” serialında isə aktyorlar Hikmət Rəhimov, Cövdət Şükürov, Sənan Əlləz, Ləman Mərih, Uzel Kərimova, Corc Qafarov və başqaları çəkilir.
ATV-də yayımlanan “Ailəmiz” serialının çəkilişləri isə davam edir. Ekran işində Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktyor Əlibəy Məmmədli və aktrisa Sevinc Əliyeva baş rolları oynayır.
ATV-nin digər serialı “Yuxu kimi”nin isə ilk 20 bölümü əvvəlcədən çəkilib. Lakin növbəti günlərdə Rövşən İsaxın ekranlaşdırdığı serialın çəkilişi planlaşdırılsa da, koronavirus səbəbilə təxirə salınıb. Burada isə baş rolları İbrahim Çingiz və Aysel İbrahimova canlandırır.
“Qız atası” serialının komandası isə iş başındadır. Koronavirus onların çəkiliş prosesinə təsir göstərməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlon Mask Böyük Britaniyanı almağın qiymətini soruşub
10:20 12.08.2026
Dünya
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol