Azərbaycanda əksər məhkəmə işləri təxirə salınır
14:09 19.03.2020
Arxiv
493
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.
Qərar Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrini, eləcə də vətəndaşların və proses iştirakçılarının müraciətlərini nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq qəbul olunub.
Qərarla Azərbaycan Respublikasının bütün məhkəmələrinə tövsiyə edilir:
Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və s.) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilsin.
Qərara əsasən, hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunacaq. Həmçinin, bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilib.
Hazırki Plenum qərarı 20 mart 2020-ci il tarixindən 20 aprel 2020-ci il tarixinədək qüvvədədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya
Qızıl ucuzlaşmaqda davam edir
20:08 28.09.2026
İqtisadiyyat