Keçmiş maliyyə naziri, professor Fikrət Yusifov Azərbaycanın əməkhaqqı göstəricilərinə görə, MDB məkanında ilk beşlikdə olmasını iqtisadiyyatdakı durumla bağlayıb. Ekspertin sözlərinə görə, iqtisadiyyatda vəziyyətin sabitləşməsi, artım prosesinin davam etməsi bu göstəricilərin getdikcə yüksəlməsinə şərait yaradacaq:
Azərbaycanda əməkhaqqı MDB-də ilk beşlikdədir
09:27 01.08.2018
Arxiv
861
“İqtisadiyyatda vəziyyətin sabitləşməsi, artım prosesinin davam etməsi bu göstəricilərin getdikcə yüksəlməsinə şərait yaradacaq”
Keçmiş maliyyə naziri, professor Fikrət Yusifov Azərbaycanın əməkhaqqı göstəricilərinə görə, MDB məkanında ilk beşlikdə olmasını iqtisadiyyatdakı durumla bağlayıb. Ekspertin sözlərinə görə, iqtisadiyyatda vəziyyətin sabitləşməsi, artım prosesinin davam etməsi bu göstəricilərin getdikcə yüksəlməsinə şərait yaradacaq:
Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir.
Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Azərbaycan bu siyahıda 306,7 dollarla 5-ci yerdə qərarlaşıb. Azərbaycan üçün MDB-də mühüm göstəricilər üzrə öz mövqeyini yaxşılaşdırması çox vacib idi. 2017-ci il Azərbaycan iqtisadiyyatında strateji il oldu. 2018-ci ildə Azərbaycan yenidən sürətli inkişafını bərpa etdi. İlin birinci yarısının nəticələri ondan xəbər verir ki, həm ümumi daxili məhsulda (ÜDM), həm də makroiqtisadi göstəricilərdə artım tempinə nail olunub. Nəticə etibarilə bu temp sosial sferaya, eləcə də əməkhaqqına transformasiya edilib. Bu baxımdan ölkəmizin MDB-də ilk beşliyə daxil olması müsbət haldır. Növbəti illərdə Azərbaycanın yerinin daha da yaxşılaşacağı görünür. Çünki iqtisadiyyatın stabilləşməsi və bütün beynəlxalq maliyyə qurumları tərəfindən də 2018-ci il daxil olmaqla növbəti illərdə iqtisadi artımın proqnozlaşdırılması orta aylıq əməkhaqqı tempinə də təsir göstərəcək. Bu həm dövlət, həm də özəl sektorda özünü büruzə verəcək. Təbii ki, bu da ölkəmizin növbəti illərdə yerinin daha da yaxşılaşmasına səbəb olacaq.
Keçmiş maliyyə naziri, professor Fikrət Yusifov Azərbaycanın əməkhaqqı göstəricilərinə görə, MDB məkanında ilk beşlikdə olmasını iqtisadiyyatdakı durumla bağlayıb. Ekspertin sözlərinə görə, iqtisadiyyatda vəziyyətin sabitləşməsi, artım prosesinin davam etməsi bu göstəricilərin getdikcə yüksəlməsinə şərait yaradacaq: "Ümumiyyətlə, 2018-ci il Azərbaycanda iqtisadi yüksəliş ilidir. Bu il iqtisadiyyatda artım var. Xüsusilə qeyri-neft sektorunda yarım ilin nəticələrinə görə 2 faizə yaxın artım qeydə alınıb. Qeyri-neft sektorunun aparıcı işçi sahəsi qeyri-neft sənayesində 9 faizə qədər, aqrar sektorda isə 8 faizə qədər artım müşahidə olundu. Bütövlükdə bu göstəricilər iqtisadiyyatda gözləntilərin özünü doğrultduğunu göstərir. Ümumi iqtisadi artımın yarım ilin nəticələrinə görə 1,3 faiz olmasına baxmayaraq, deyə bilərik ki, bu ilin sonuna yaxın bu göstərici bir qədər də yaxşılaşacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya