Azərbaycanda fransızdilli sayt fəaliyyətə başladı
21:15 16.02.2016
Arxiv
975
Əsas məqsəd fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında gündəlik məlumat verməkdir
Azərbaycanda fransızdilli "Le Carrefour” (Yol qovşağı) qəzetinin saytı www.lecarrefour.az fəaliyyətə başlayıb. Bu barədə qəzetin təsisçisi və baş redaktoru, fransızdilli jurnalist Zeynəb Kazımova məlumat verib. Baş redaktor bildirib ki, sözügedən saytın yaradılmasında əsas məqsəd fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında gündəlik məlumat vermək, eyni zamanda ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət göstərməkdir:
"Fransanın TV 5 Monde telekanalı ilə, baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi ilə əməkdaşlığımız var. Fəaliyyətimiz keçən il Milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündəki çıxışında vacib saydığı xarici media resursları ilə daha sıx əlaqələrin qurulması və Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının yaradılmasına yönəlib”.
Z.Kazımovanın sözlərinə görə, qəzet 9 ildir ki, fəaliyyətini, məhz bu istiqamətdə konkret addımlar atmaqla qurub: "Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan "Le Carrefour” (Yol qovşağı) qəzeti 2007-ci ilin may ayından fəaliyyət göstərir. Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxucu kütləsinə çatdırır. Qəzet Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızları və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, o cümlədən Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, gəzməli-görməli yerləri, təbiəti ilə bağlı məqalələr verməklə milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb”.
Baş redaktor onu da əlavə edib ki, "Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə birgə iki dəfə "dəyirmi masa” təşkil edilib: "Eyni zamanda, bu ilin yanvar ayında fransızdilli "Le Carrefour” (Yol qovşağı) qəzetinin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir həyata keçirilib”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat