Nazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənən "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda əksini tapan "Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər"də sərt məhdudiyyətlər yer alıb.
Sherg.az APA-ya istinadən xəbər verir ki, Tələblərə əsasən, balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır:
- hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;
- lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;
- bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.
Ovuna icazə verilən balıq və su onurğasızlarının minimum ölçüləri (santimetrlə) aşağıdakı kimidir:
Sıf
43
Çəki
40
Çapaq
26
Külmə
17
Qarasol
17
Xəşəm
41
Kütüm
35
Kefal
24
Şamayı
19
Şirbit
52
Qarabel siyənək
20
Şişqarın siyənək
14
Xramulya
24
Xərçəng
10
Krevet
5
Aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır:
Qadağanın qüvvədə olduğu müddət intervalı
Xəzər dənizi
Şabran limanında
1 yanvar -15 iyun
Körpə balıqların buraxılışı zamanı Şirvan Nərəbalıqartırma Zavodunun nohurlarından Baş Şirvan Kollektorunun mənsəbinə kimi sahədə
1 iyun - 20 iyul
Kür çayı
Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə
1 - 30 aprel
Çay ilə əlaqəsi olan su hövzələrində
1 may - 30 iyun
Xəzər dənizinə axan bütün çaylarda
1 may - 30 iyun
Krevetlərin kürüləmə müddətində
1 iyun - 1 iyul
Şabran limanının Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə
1 yanvar -15 avqust
Xərçəng ovu
1 aprel - 31 oktyabr
Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
- gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
- gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
- balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir).