Azərbaycanda İLK: sosial evlərin qiyməti azaldıldı
07:43 05.09.2019
Arxiv
539
Azərbaycan Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na edilmiş dəyişikliklərə əsasən qarşıya qoyulan vəzifələrin icrası davam etdirilir.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 6-13 saylı binalarında 2019-cu il iyulun 12-si və 14-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilən ümumilikdə 253 mənzildən 243-nün öz vəsaiti hesabına ödəniş üsulu ilə alqı-satqısı uğurla başa çatdırılıb. Həmin mənzillərdən 29-u iyulun 14-də “Güzəştli mənzil” sistemi vasitəsilə ilk dəfə olaraq gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Bu şəxslərdən 25-i mənzili gözləmə qaydasında birinci sırada, 4-ü isə ikinci sırada seçənlərdir.
Güzəştli şərtlərlə əldə edilmiş 243 mənzildən 43-ü 1 otaqlı, 137-si 2 otaqlı, 63-ü isə 3 otaqlıdır.
Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:
1 otaqlı mənzil üçün 26 933 manat (endirimdən əvvəl bu məbləğ 29 925 manat olub);
2 otaqlı mənzil üçün 42 887 manat (endirimdən əvvəl bu məbləğ 47 652 manat olub;
3 otaqlı mənzil üçün 58 875 manat (endirimdən əvvəl bu məbləğ 65 417 manat olub) ödəniş edib.
Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.
Qalan 10 mənzil yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaqdır. Qeyd edək ki, bugünədək Yasamal Yaşayış Kompleksində həyata keçirilən mənzillərin satışlarının nəticəsində ümumilikdə 817 şəxs güzəştli mənzilə sahib olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya