Azərbaycanda işlə təmin olunan əhalinin sayı açıqlandı - FOTO
13:59 20.04.2021
Arxiv
651
2021-ci il aprelin 1-nə ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 260,7 min nəfər olub.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, onlardan 4 milyon 890,4 min nəfərini məşğul əhali təşkil edib ki, bu da illik müqayisədə 0,1 faiz, aylıq müqayisədə isə 0,03 faiz azdır.
Bildirilib ki, martın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 678,5 min nəfər təşkil edib ki, illik müqayisədə 2,2 faiz artım, aylıq müqayisədə is 0,4 faiz azalma müşahidə olunub.
İqtisadiyyatın dövlət sektorunda 915,5 min nəfər fəalliyət göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, aylıq müqayisədə isə 0,02 faiz qeydə alınıb.
Qeyri-dövlət sektorunda isə 763 min nəfərin fəaliyyət göstərdiyi müəyyənləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox olsa da, əvvəlki ayın nəticələri ilə müqayisədə 0,8 faiz azdır. Bu isə bir ay ərzində 6 100 işçinin fəaliyyətini dayandırdığını göstərir.
Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda 33,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 645,3 min nəfər çalışıb. 2021-ci ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,7 saat təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou