Azərbaycanda itkin düşən bacı-qardaş tapıldı - YENİLƏNİB
11:44 16.08.2019
Arxiv
1155
Bakıda itkin düşən bacı-qardaş Bərdə rayonunda tapılıb.
"Sherg.az"ın xəbərinə görə, polis əməkdaşları azyaşlıları qohumlarına təhvil veriblər
15:15Bakıda itkin düşən bacı-qardaşın oğurlandığı iddia olunur.
Bu iddianı APA -ya açıqlama verən itkin düşən uşaqların anası Çiçək Abbasova səsləndirib. O, qeyd edib ki, uşaqların oğurlanmasına dair şübhələri barədə polisə də məlumat verib: “Bundan iki gün əvvəl işlədiyim kafeyə bir qadın gəldi. Onun yanında azyaşlı uşaq var idi. Adını Gözəl kimi təqdim edən həmin qadın ac olduğunu bildirdi. Onu kirayədə yaşadığım evə apardım, yemək verdim. Onlar gecəni bizdə qaldılar. Mən səhər işə gedəndə qadın hələ bizdə idi. Axşam evə qayıdanda gördüm ki, uşaqlarım yoxdur. Dərhal hadisə ilə bağlı polisə məlumat verdim. Uşaqlarımın həmin qadın tərəfindən oğurlanmasından şübhələnirəm. Övladlarımın tezliklə sağ-salamat tapılacağına ümid edirəm”.Ç.Abbasova qeyd edib ki, hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.
14:46
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.
"Sherg.az"ın xəbərinə görə, Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər. Hadisə baş verən vaxt uşaqların anası işdə olub.Faktla bağlı Binəqədi rayon 43-cü polis bölməsinə müraciət olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat