
Azərbaycanda keçmiş deputatın evində dəhşət yaşandı
10:33 01.07.2018
Arxiv
1002
İlanı evdə gördülər, səs-küy saldılar, ilan siçan üçün hazırlanan yapışqana ilişib tutuldu
Bərdə rayonunda məskunlaşan Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin 5-ci, 6-cı çağırışlarında deputat olmuş məcburi köçkün, Laçın rayon sakini Şərqiyyə Vəliyevanın yaşadığı ünvanda həyəcan yaşanıb.

Bu barədə danışan Şərqiyyə Vəliyevanın qızı Aybəniz Vəliyeva bildirib ki, evdə ilanı beş yaşlı qardaşı nəvəsi Vidadi görüb. "İyunun 27-si idi. Saat 6 olardı. Qardaşım oğlu işdən gəlib paltarını dəyişirmiş. Həmin vaxt ilanı otaqda olan balaca beş yaşlı Vidadi görüb və qışqırıb. Uşağın bağırtısından diksinən ilan otaqda yerini dəyişməyə cəhd edərkən siçan üçün qoyulmuş yapışqana ilişib. Bundan sonra ilan məhv edilib” — Aybəniz Vəliyeva deyib.
Aybəniz xanım onu da əlavə edib ki, uşaq gecə səhərə qədər səksəkə içində olub, yatmayıb. İndi də, bir neçə gün keçməsinə baxmayaraq hələ qorxur.
Aybəniz Vəliyeva yaşadıqları müvəqqəti sığınacaq yerində ilanların çox olduğunu deyir. O adlı-sanlı Şərqiyyə Vəliyevanın belə bir şəraitdə, ilanların, siçan və siçovulların əhatəsində yaşamasını da təəssüf hissi ilə qeyd edir. "Şərqiyyə Vəliyevanın yaşadığı ev bu vəziyyətdədir. Heç bir qurumdan, təşkilatdan gəlib, maraqlanan yoxdur ki, Şərqiyyə hansı şəraitdə yaşayır” — deyə o vurğulayıb.
Aybəniz Vəliyevanın sözündən məlum olur ki, siçan, siçovul, ilan və digər ziyanvericilərlə mübarizə aparmaq üçün Sanitar Epidemioloji Mərkəzə müraciət etmək fikirləri yoxdur. Əvvəllər bir neçə dəfə adı çəkilən mərkəzdən yardım istəsələr də adekvat tədbir görülmədiyinə görə artıq özlərini yormaq istəmirlər.
Sonda ilanın gürzə olduğunu dəqiqləşdiririk. Onu da qeyd edək ki, gürzə ən zəhərli ilanlardandır. Vəliyevlər ailəsində balaca uşaqların olduğunu da nəzərə alsaq, ilanların necə təhlükə yaratdığını anlamaq olur.
Odur ki, ailənin gələcək həyatı üçün yarana biləcək təhlükənin qarşısını almaq üçün əlaqədar qurumlar lazımi tədbirlər görməlidir. (Sputnik Azərbaycan)
Ümid edək ki, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində təcili addımlar atılacaq və xalq arasında "geroy Şərqiyyə” kimi tanınan Şərqiyyə Vəliyevanın ailəsi üçün təhlükə aradan qaldırılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi