Azərbaycanda koronavirusla bağlı sayt açılır
13:16 13.03.2020
Arxiv
513
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM ) koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədi ilə yeni sayt hazırlayır.
İSİM-dən APA -ya verilən məlumata görə, gələn həftə izləyicilərin ixtiyarına veriləcək www.koronavirus.az veb saytında təsdiqlənmiş, sübutlu təbabətə əsaslanan materiallar yer alacaq.
Məlum olduğu kimi, hazırda xəbər saytları və sosial şəbəkələrdə hər gün bu xəstəliklə bağlı əsası olmayan müxtəlif materiallar yayımlanır, onların bəziləri isə nəinki yanlışdır, hətta sağlamlıq üçün ciddi təhlükə törədir.
Yeni saytın yaradılmasında əsas məqsəd – koronavirus (COVID-19) xəstəliyi barədə ictimaiyyətə təsdiqlənmiş doğru məlumatları, Səhiyyə Nazirliyi tərəfindən görülmüş işlər və profilaktik tədbirlər barədə operativ xəbərləri çatdırmaqdır.
Ümumdünya Səhiyyə Təşkilatı, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC), BMT-nin Uşaq Fondu (UNICEF) və digər beynəlxalq təşkilatların təlimat və tövsiyələri, materialları saytda geniş oxucu auditoriyasına təqdim ediləcək. Saytın materialları həmçinin izləyicilərə İSİM-in rəsmi saytında yaradılan Koronavirus haqqında məlumat bölməsində (https://www.isim.az/az//pages/55-Koronavirus) təqdim olunacaq.
İSİM xəstəliklə mübarizə və profilaktika tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə bütün müəssisə və təşkilatları əməkdaşlığa dəvət edərək, bir daha əhalini təsdiqlənmiş, əsaslı məlumatlara inanmağa çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Kramatorsku vurdu: ölənlər var
21:07 10.07.2026
Dünya
Tramp: İran məni öldürsə, görünməmiş hücumla üzləşəcək
20:36 10.07.2026
Dünya
"Qarabağ" Kabo-Verde millisinin hücumçusunu transfer edir?
19:57 10.07.2026
Futbol
Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu
19:43 10.07.2026
Futbol
"Rusiya qafqazlılar üçün" mahnısı qadağan olundu
19:27 10.07.2026
Region
Ərdoğan Liberiya Prezidenti ilə görüşdü
19:20 10.07.2026
Gündəm
Netanyahu istəsə də, Tramp icazə vermir - KİV
19:12 10.07.2026
Dünya
Niderlandda 150-dən çox sovet əsgərinin məzarı təhqir edilib
19:04 10.07.2026
Dünya
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
18:56 10.07.2026
Gündəm
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
18:48 10.07.2026
Dünya
AB Macarıstan üçün 10 milyard avroluq planı təsdiqlədi
18:35 10.07.2026
Dünya
Tokayev Trampı Qazaxıstana dəvət etdi
18:28 10.07.2026
Dünya
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
18:21 10.07.2026
Cənubi Qafqaz
Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi
18:07 10.07.2026
Hadisə
İqtisadi Şuranın iclası keçirildi
17:41 10.07.2026
Gündəm