Azərbaycanda pul bazası son bir ildə 7 faizə yaxın artıb




 Azərbaycanda pul bazası bu il avqustun 1-nə 8 888,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından "Sherg.az”a verilən məlumata görə, bu, iyulun 1-i ilə müqayisədə 300,9 mln. manat və yaxud 3,5% çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 345,7 mln. manat və yaxud 4,05%, son 1 ildə isə 556 mln. manat və yaxud 6,7% artıb.