Azərbaycanda qızılca xəstəliyinə yoluxma səviyyəsi azalıb
08:53 02.09.2019
Arxiv
416
Azərbaycanda aparılan tədbirlər nəticəsində qızılca xəstəliyinə yoluxma səviyyəsi azalıb.
"Sherg.az" xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
A.Əliyevanın sözlərinə görə, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, ölkəmizlə həmsərhəd olan Rusiya Federasiyasında və Gürcüstanda qızılca xəstəliyinin alovlanmalarının baş verməsi və həmin ölkələrlə intensiv miqrasiyanın mövcudluğu nəticəsində 2018-ci ilin noyabr ayından başlayaraq ölkədə, əsasən, 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyi qeydə alınmağa başlanıb.
Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən hər bir qızılca xəstəliyi aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatların aparılması, xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, müalicə idarələri tərəfindən xəstələrin vaxtında və effektiv müalicəyə cəlb edilməsi nəticəsində xəstəliyin geniş əhali kütləsi arasında yayılmasının qarşısı alınıb. Aparılmış səmərəli profilaktik və müalicə tədbirləri nəticəsində xəstəliyin ciddi ağırlaşmaları baş verməyib.
Direktor müavini qeyd edib ki, qısa müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən yuxarı yaşlı əhalinin peyvənd olunması üçün ölkəyə qızılca - məxmərək əleyhinə vaksin gətirilmiş, cari ilin mart-aprel aylarında ölkənin bütün ərazisində 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirləri aparılıb. Bununla yanaşı, uşaq və yeniyetmələr arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma tədbirləri də gücləndirilib. Nəticədə mart ayından başlayaraq xəstəliyin səviyyəsində azalma müşahidə olunub və iyul ayında cəmi 2 hadisə qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat