"Azərbaycanda "quş qripi” təhlükəsinin pik həddə çatdığı zamanda sərhəd keçid məntəqələrindəki yoxlamaları müşahidə etmək üçün eksperiment keçirdim. Türkiyədən Azərbaycana qayıdırdıq və hava limanında bizə "quş qripi”nə yoluxmuş vətəndaşların olub-olmamasını yoxlamaq məqsədilə anket sorğu verildi. Mən həmin anketdə 42 dərəcə bədən temperaturumun olduğunu, xəstəliyə yoluxma riskinin mövcudluğunu qeyd etdim. Düşünürdüm ki, təyyarədən düşəndə məni müayinə edəcəklər. Lakin heç kim maraqlanmadı və aidiyyəti qurumlar addım atmadı. Bu onu göstərir ki, Səhiyyə Nazirliyi və digər qurumlar sadəcə formal nəzarət həyata keçirir, ciddi addımlar atmırlar.
"Azərbaycanda “quş qripi”nin yayılması təhlükəsi həmişə var"
13:45 01.08.2018
Arxiv
971
"Azərbaycanda "quş qripi”nin yayılması təhlükəsi həmişə var. Buna nəzarət edən dövlət orqanları sözügedən məsələdə ciddi addım atmırlar”.
Bunu "Sherg.az”a Rusiyada "quş qripi”nin yayılmasının Azərbaycana təsirlərindən danışarkən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov söyləyib.
O qeyd edib ki, sərhəd keçid məntəqələrində gömrük işçiləri ölkəyə daxil olan və ölkədən çıxan vətəndaşları ciddi şəkildə yoxlamırlar:
"Azərbaycanda "quş qripi” təhlükəsinin pik həddə çatdığı zamanda sərhəd keçid məntəqələrindəki yoxlamaları müşahidə etmək üçün eksperiment keçirdim. Türkiyədən Azərbaycana qayıdırdıq və hava limanında bizə "quş qripi”nə yoluxmuş vətəndaşların olub-olmamasını yoxlamaq məqsədilə anket sorğu verildi. Mən həmin anketdə 42 dərəcə bədən temperaturumun olduğunu, xəstəliyə yoluxma riskinin mövcudluğunu qeyd etdim. Düşünürdüm ki, təyyarədən düşəndə məni müayinə edəcəklər. Lakin heç kim maraqlanmadı və aidiyyəti qurumlar addım atmadı. Bu onu göstərir ki, Səhiyyə Nazirliyi və digər qurumlar sadəcə formal nəzarət həyata keçirir, ciddi addımlar atmırlar.Qida Təhlükəsizliyi Agentliyinin ölkəyə idxal olunan mallara müvəqqəti qadağa tətbiq etməsi təqdir olunandır. Amma biznes qurumları bu qadağalara diqqət edəcəklərmi, bu, sual altındadır. Düşünürəm ki, azad və liberal bazar iqtisadiyyatı şəraitində əhali daha diqqətli olmalı, aldıqları məhsullara diqqət etməlidirlər”.
Qeyd edək ki, Azərbaycana başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan və quş xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı