H.Babaoğlunun qənaətincə, Azərbaycan dövlətinin sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq etməsi əslində hamıya məlumdur:
"Azərbaycanda sərnişindaşıma qiymətləri postsovet məkanında ən aşağı həddədir" - Deputat
14:58 02.08.2018
Arxiv
933
"İstənilən bir milli iqtisadiyyatın tənzimlənməsi ölkənin iqtisadi institutlarının başlıca vəzifələrindən biri hesab olunur".
Bu barədə "Sherg.az"a millət vəkili Hikmət Babaoğlu bildirib. Parlament üzvü qeyd edib ki, qloballaşan dünyada iqtisadi münasibətlər bu və ya digər formada qarşılıqlı inteqrasiya edir və belə olduqda milli iqtisadiyyat kimi qiymətləndirdiyimiz iqtisadiyyat da az və ya çox dərəcədə qlobal iqtisadi proseslərdən asılı vəziyyətə düşür. Bu, hazırki beynəlxalq iqtisadi münasibətlər sisteminin başlıca xüsusiyyətlərindən biridir.
H.Babaoğlu qeyd edib ki, Azərbaycan iqtisadiyyatı da hazırki inkişaf mərhələsində qlobal iqtisadiyyatla sıx təmasdadır və onun idarə olunması da çevik və effektiv idarəetmə tələb edir.
Məsələn, nəqliyyat sektorunda hansısa məsələlərin, yükdaşımaların yaxud sərnişindaşımaların iqtisadi tənzimlənməsi həm də həmin sektorun logistikasının idxalı ilə bağlı xərclərin nəzərə alınmasını da tələb edir. Yəni əgər bu gün sərnişindaşımada metronun mühüm vasitə kimi saxlanmasını, yaxud hətta onun daha da inkişaf etməsini, yeni xətlərin tikilməsini istəyiriksə, mütləq xaricdən yeni avadanlıqlar və tikinti vasitələri almalıyıq, yeni texnologiyalar əldə etməliyik ki, bu sahə inkişaf etsin. Belə olduqda qlobal bazarda olan iqtisadi şərtlər mütləq milli sektora da təsir göstərir. Ona görə də, qiymətlərin tənzimlənməsi şərtləri yaranır. Hazırda da belə bir vəziyyətlə üzləşmişik və problemin daha böhranlı vəziyyətə çatmaması üçün müdaxiləyə ehtiyac yaranıb və Tarif Şurası da bunu edib”.
H.Babaoğlunun qənaətincə, Azərbaycan dövlətinin sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq etməsi əslində hamıya məlumdur:"Bunun nəticəsidir ki, hətta son qiymət artımından sonra belə Azərbaycanda sərnişindaşıma qiymətləri bütün postsovet məkanında ən aşağı həddədir. Əgər biz Şərqi Avropa və digər ölkələrlə müqayisə etsək, daha böyük qiymətlərlə üzləşmiş olacağıq. Ona görə də bu cür tənzimləmələri iqtisadi zərurət kimi qəbul etmək lazımdır. Dünyanın heç bir yerində heç nə 10 il əvvəlki qiymətə deyil. Ona görə də, çevik iqtisadi tənzimləmələri qlobal iqtisadi sistemin zəruri şərtlərindən biri kimi qəbul etməliyik”.
Qeyd edək ki, iyulun 30-da Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq