Azərbaycanda şifrələnmə hücumlarının sayı artır
16:28 29.08.2019
Arxiv
465
“Kaspersky Lab” şirkətinin hesablamalarına görə, 2019-cu ilin ikinci rübündə Azərbaycan istifadəçiləri arasında şifrələnmə proqramları ilə hücumların sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0.72%-dən 0.85%-ə qədər artıb.
Aprel-iyun aylarında bu istiqamətdə MDB ölkələri arasında ən aktiv “WannaCry” ailəsi olub. Belə ki, hər beş şifrələnmə hücumundan biri onun iştirakı ilə həyata keçirilib. Bu troyana qarşı “patch” 2017-ci ildə, yəni, bu epidemiyanın yaranmasından iki ay əvvəl buraxılsa da, “WannaCry” hələ də ciddi təhlükə yaradır. MDB ölkələri arasında ikinci yerdə “GandCrab” qərarlaşıb. Liderlərin üçlüyünü “Shade” proqramı tamamlayır. Hücumların 11% bu şifrələnmə proqramı ilə həyata keçirilir.
Ümumilikdə, aprel-iyun aylarında 230 mindən çox istifadəçiyə şifrələnmə proqramları ilə hücum edilib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur.
“İyun ayının əvvəlində, son il yarımın ən çox yayılmış zərərli proqramlardan biri olan “GandCrab”ın müəllifləri fəaliyyətlərini dayandırdıqlarını elan etsələr də, ikinci rübdə şifrələnmə proqramları ilə hücumların artdığını müşahidə etdik. “GandCrab” proqramı şifrələnmənin nə qədər səmərəli ola biləcəyini nümayiş etdirdi. Yayılmış bəzi məlumatlara görə, onun yaradıcıları kifayət qədər “qazandıqları” üçün fəaliyyətlərini dayandırdılar. Biz güman edirik ki, “GandCrab”ı əvəzləyəcək digər zərərli proqramlar hərəkətə keçəcək. İstifadəçilərə xatırladırıq ki, cihazlardakı proqram təminatını mütəmadi yeniləmək və etibarlı qoruyucu həll istifadə etmək lazımdır”, - bunu “Kaspersky Lab” şirkətinin baş antivirus mütəxəssisi Fyodor Siniçın deyib.
Şifrələmə proqramı ilə cihazın yoluxma riskini azaltmaq üçün “Kaspersky Lab” bunları tövsiyə edir:
“Kaspersky Lab” bunları tövsiyə edir:
• əməliyyat sistemini mütəmadi olaraq yeniləyin və “patch”-ları vaxtında quraşdırın;
• etibarlı qoruyucu həllər istifadə edin;
• faylların şifrələndiyi halda heç vaxt ödəniş etməyin, çünki bu sənədlərə girişin geri qaytarılmasını təmin etmir. Mütəxəssislərə müraciət edin və ya şifrələmə açarını https://noransom.kaspersky.ru/ saytından tapmağa çalışın.
• Hər zaman faylların nüsxəsini çıxarıb ayrıca saxlayın.
2019-cu ilin ikinci rübü üzrə informasiya təhdidlərinin inkişafı barədə məlumatları linkə daxil olaraq əldə edə bilərsiniz: https://securelist.ru/it-threat-evolution-q2-2019-statistics/94476/.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat