Azərbaycanda su anbarında ölən şəxslərdən birinin meyiti tapıldı - YENİLƏNİB




Fövqəladə Hallar Nazirliyi Qazaxda baş vermiş faciəvi hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, 10 mart 2018-ci il tarixində Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında batdığı ehtimal edilən 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları bu gün etdirilib. Axtarışlara Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar nəticəsində E.Məmmədovun cəsədi batdığı yerdən 500 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam edir. Əlavə məlumat veriləcək.

Bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Əlavə məlumat veriləcək.