Azərbaycandakı həbsxanalarda neçə «qanuni oğru» cəza çəkir? - Açıqlama
14:26 14.09.2017
Arxiv
613
Ötən il Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu azərbaycanlı "qanuni oğru”su "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev İstanbulda Rusiyadan göndərilmiş 6 nəfərlik killer qrupu tərəfindən güllələndi.
O, Seymur Nardaranski (1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət (1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və Dadaş Novxaninskidən (1973-2016) sonra sui-qəsdlə öldürülən növbəti azərbaycanlı "qanuni oğru” oldu.
Hazırda dünyanın müxtəlif həbsxanlarında saxlanılan azərbaycanlı "qanuni oğrular”dan Rüfıt Gəncinski, Rafiq Masallinski, Hacı Beyləqanski, Emin Hacıqabulski, Arif Sumqayıtski, Zaur Şipilov və başqaları var.
Azərbaycandakə cəzaçəkmə müəssisələrində saxlanılan məşhur "qanuni oğru”lardan isə Lotu Quli kimi tanınan Nadir Səlifovun adı məlumdur.
"Lotu Quli” 1972-c il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova "qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət aləmində nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan Lotu Quli Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın "oğru tacını” əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin "oğru” adını aldığı "sxodka”larda Skaype vasitəsilə iştirak edib. Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalıdır.
Maraqlıdır, Azərbaycandakı cəzaçəkmə müəssisələrində Lotu Qulidən də savayı "qanuni oğru”lar varmı?
Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a deyib ki, məhkum məhkumdur, onun hansı aləmdə məşhur olması ədliiyə qurumu üçün əsas deyil:
"Azərbaycanda olan bütün məhkumlara eyni münasibət sərgilənir. Bu və ya digər məhkum kriminal aləmdə müəyyən nüfuza malikdirsə, onlarla bağlı lazımi işlər aparılır. Qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycanda bütün cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında kimliyindən asılı olmayaraq bütün məhkumların cəzalarının icrası və çəkilməsi şərtlərinə tam riayət olunur. Kimin hansı aləmdə, hansı nüfuzu qazanmağından asılı olmayaraq, hər bir məhkum bizim üçün eynidir və qanun qarşısında bərabərdir”.
M.Sadıqov bildirib ki, hansısa məhkumun "qanuni oğru” statusu alması ona əlavə güzəştlər vermir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual