"Belə olmazsa, insanlar daim narahat olacaq, təşviş içərisində yaşayacaq və əmək məhsuldarlığı aşağı düşəcək. Ona görə, hər zaman Azərbaycanın iqtisadi inkişafı şərtləndirən əsas amilin ictimai-siyasi sabitlik olduğunu qeyd edirik.
"Azərbaycandakı sabitlik iqtisadi inkişafın təminatıdır"
11:48 01.08.2018
Arxiv
1028
Azər Həsrət:" Azərbaycanda mövcud olan siyasi sabitlik ölkəmizə milyardlarla dollar əməkhaqqının yönəlməsinə şərait yaradıb"
"Geniş sosial və siyasi sabitliyi mövcud olmayan ölkədə iqtisadiyyatın inkişaf etməsi, investisiya axınının baş verməsi mümkün deyil”.
Bunu "Sherg.az”a "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin Azərbaycandakı sosial və siyasi sabitliyin ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsirlərdən danışarkən tanınmış jurnalist Azər Həsrət deyib.
O diqqətə çatdırıb ki, bir cəmiyyətin, xalqın normal irəli getməsi, inkişaf etməsi üçün sakit siyasi, sosial mühit lazımdır:
"Belə olmazsa, insanlar daim narahat olacaq, təşviş içərisində yaşayacaq və əmək məhsuldarlığı aşağı düşəcək. Ona görə, hər zaman Azərbaycanın iqtisadi inkişafı şərtləndirən əsas amilin ictimai-siyasi sabitlik olduğunu qeyd edirik.Hər zaman olduğu kimi Azərbaycanın bu sabitliyini istəməyən, bu sabitliyi pozmağa çalışan qüvvələr də var. Bütün sahələrdə inkişaf təmin olunsa da, Azərbaycanı geriyə çəkmək istəyənlər məhz ictimai-siyasi sabitliyi hədəf alırlar. Çünki sabitlik pozulduqda pozucu qüvvələr öz məqsədlərini daha rahat şəkildə həyata keçirə bilirlər. Sabitlik hər sahədə olduğu kimi, iqtisadi inkişafın da təminatıdır. Mövcud sabitlik pozulacağı təqdirdə ölkədə aclıq, səfalət qarşıdurmalar və iflic ortam yaranacaq. Bu baxımdan biz də dövlətlə əl-ələ verib, ölkəmizdəki ictimai-siyasi sabitliyi qorumalıyıq”.
A.Həsrət onu da əlavə edib ki, ölkəmizə xarici investorların cəlb olunması üçün sosial və siyasi sabitlik mühüm rol oynayır:
"Çünki sahibkarlar investisiya yatırmaq istədikləri ölkələrdə ilk öncə siyasi sabitliyin olub-olmamasını araşdırırlar. Sabitliyi olmayan, hakimiyyət və xalq arasında uçurum, vətəndaş qarşıdurması mövcud olan ölkələrə investisiya axının olması qeyri-mümkündür. Azərbaycanda mövcud olan siyasi sabitlik ölkəmizə milyardlarla dollar əməkhaqqının yönəlməsinə şərait yaradıb. Son açıqlanan rəqəmlərə görə, Azərbaycan iqtisadi inkişafın fonunda 250 milyard dollardan çox xarici yatırıma ev sahibliyi edib”.
Qeyd edək ki, "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin proqnozlarına əsasən Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək. Agentlik proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Agentliyin rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq.
Aysel , Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya