Azərbaycanın enerji təminatı bərpa olundu - YENİLƏNİB-4




Azərbaycanın bütün bölgələrində enerji təminatı bərpa olunub. APA-nın xəbərinə görə, Bakının bütün rayonlarına, habelə respublikanın digər şəhər və rayonlarına elektrik enerjisinin verilişi təmin olunub.


"Azerenerji” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.


***** 23.58


Mingəçevir IES-in 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA-nın xəbərinə görə, Bakının enerji təminatı bərpa olunub, respublikanın əksər şəhər və rayonlarına (ölkənin Cənub, Şimal, Mil-Muğan, Qərb və Qarabağ bölgələrinə) elektrik enerjisinin verilişi təmin olunub.


Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.



**** 21.21


Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 21:00-da stansiyadan Mingəçevir şəhərinə enerji verilişi bərpa olunub.


Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.


***


Saat 20:24


Bakının əksər rayonlarında və ölkənin şimal rayonlarında enerji təchizatında yaranmış problem aradan qaldırılıb.


APA-nın məlumatına görə, bu barədə Bakı sakinləri sosial şəbəkələrdə yazıblar.


Yaxın dəqiqələrdə paytaxtın digər ərazilərində, həmçinin ölkə ərazisində elektrik enerjisinin təchizatının bərpa olunacağı gözlənilir.