Azərbaycanın Fransada Dostları Assosiyasiyası bəyanat yayıb






Azərbaycanın Fransada Dostları Assosiyasiyası təssüflə bildirir ki, Ermənistan Respublikasının Fransadakı Səfiri, Azərbaycan Respublikasının Fransadakı Səfiri ilə France24 tele kanalında Azərbaycanın Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal olunmuş Dağlıq Qarabağ barədə debatdan imtina etmişdir.
Bununla, Ermənistan atəşkəsi pozduğunu, eyni zamanda beynəlxalq hüququ və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 digər rayonların qanunsuz işğal altında saxlamasına dair BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə (822, 854, 874 və 884) riayət etmədiyini bir daha subut edir.

Jean-François Mancel
Fransa Milli Assambleyasının üzvü
Azərbaycanın Fransada Dostları Assosiyasiyasının prezidenti