"Azərbaycan iqtisadi cəhətdən normal inkişaf edən müstəqil ölkədir. Gündən-günə ölkəmizdə yeni müəssisələr, iş yerləri fəaliyyətə başlayır. Yeni iş yerlərinin açılması insanların məşğulluq probleminin aradan qalxmasına da müsbət təsir göstərir. Qeyri-neft sektorunun inkişafı bu baxımdan müsbət templə irəliləyir. Ona görə, hesab edirəm ki, iqtisadi inkişaf baxımından beynəlxalq təşkilatların Azərbaycanı yüksək dəyərləndirməsi tam obyektiv addımdır”.
"Azərbaycanın iqtisadi inkişafı yüksək templə davam edir”- Deputat
11:02 01.08.2018
Arxiv
787
"Azərbaycanın iqtisadi inkişafı yüksək templə davam edir”.
Bu sözləri "Sherg.az”a Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun açıqladığı "Əmək haqlarının miqdarına görə, Azərbaycan MDB ölkələri arasında 5-ci yerədir" hesabatına münasibət bildirərkən millət vəkili Araz Əlizadə deyib.
O qeyd edib ki, bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı, neft sahəsindən gələn gəlirlərin bu istiqamətə yönəldilməsi uğurla həyata keçirilir:
"Azərbaycan iqtisadi cəhətdən normal inkişaf edən müstəqil ölkədir. Gündən-günə ölkəmizdə yeni müəssisələr, iş yerləri fəaliyyətə başlayır. Yeni iş yerlərinin açılması insanların məşğulluq probleminin aradan qalxmasına da müsbət təsir göstərir. Qeyri-neft sektorunun inkişafı bu baxımdan müsbət templə irəliləyir. Ona görə, hesab edirəm ki, iqtisadi inkişaf baxımından beynəlxalq təşkilatların Azərbaycanı yüksək dəyərləndirməsi tam obyektiv addımdır”.Qeyd edək ki, sözügedən reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir. Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya