Azərbaycanın OPEC+ sazişi üzrə gündəlik neft hasilatı artırılacaq
14:31 01.07.2021
Arxiv
462
Bu ilin iyul ayında Azərbaycan hasilatın azaldılması ilə bağlı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sazişi çərçivəsində gündəlik olaraq 620 min barel neft (kondensantla birlikdə) hasil edəcəyini planlaşdırır.
“Report”un məlumatına görə, bu ay Azərbaycan OPEC razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyi 98 % səviyyəsində yerinə yetirmiş olacaq.
Qeyd edək ki, bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 610 min barel olub. Bununla da Azərbaycan iyunda 108 % yerinə yetirib.
Xatırladaq ki, OPEC+ ölkələri tərəfindən neft hasilatı üçün yeni artırılmış kvotalar 1 iyul tarixindən qüvvəyə minir. Eyni zamanda, Səudiyyə Ərəbistanı könüllü məhdudiyyətlərinin son “tranşını” ləğv edir.
Belə ki, Səudiyyə faktoru nəzərə alınaraq OPEC+ sazişini imzalayan bütün tərəflərin ümumi “qara qızıl” istehsalı iyul ayında əvvəlki aya görə gündəlik 841 min barel artıra bilər.
Aprel ayında OPEC+ ölkələri yanvar ayından bəri ləngiddikləri neft hasilatında tədricən artım barədə razılığa gəliblər. Məlumata görə, may ayında OPEC+ üzv olan ölkələr gündəlik olaraq 350 min barel, iyunda - gündəlik olaraq daha 350 min barel, iyulda isə gündəlik 441 min barel artırmağa icazə verilib.
Qeyd edək ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya qarşı 32 min sanksiya tətbiq olunub
18:48 06.06.2026
Region
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
18:28 06.06.2026
Hadisə
Toyları stadionda olacaq
17:58 06.06.2026
Şou
Baş mühəndis institutun rəhbəri oldu
17:47 06.06.2026
Cəmiyyət
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
17:34 06.06.2026
Hadisə
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
17:30 06.06.2026
Ekologiya
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
17:07 06.06.2026
Elm və Təhsil
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
16:32 06.06.2026
Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
16:23 06.06.2026
Dünya
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
14:25 06.06.2026
Ekologiya
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
14:19 06.06.2026
Hadisə
İtkin düşən yeddi nəfər tapıldı
13:40 06.06.2026
Hadisə
Sabaha yağışlı hava gözlənilir
13:10 06.06.2026
Ekologiya
Tramp Boltonu “müharibə tərəfdarı” adlandırıb
12:51 06.06.2026
Dünya
Livanın briqada generalı öldürüldü
12:44 06.06.2026
Gündəm