Azərbaycanın quberniyalara bölünməsini dəstəkləyirəm- ARAZ ƏLİZADƏ




Azərbaycanın quberniyalara bölünməsi yeni fikir deyil.

Bunu Sherg.az-a Azərbaycanda quberniyaların yaradılması məsələsinə münasibət bildirərkən millət vəkili Araz Əlizadə deyib. 

Deputat bildirib ki, o, bu təklifi hələ 2003-cü ildə irəli sürüb: 

"Həmin il öz layihəmi hazırlayarkən, Azərbaycanın tarixi inzibati bölünmə formasını nəzərə alaraq, xanlıqlar dövründə olduğu kimi, Gəncə, Quba, Lənkəran, Şirvan və başqa adlarda quberniyaların yaradılmasını təklif etmişdim. O zaman məni "topa tutdular".  Bunun separatçılığa yol açacağını bildirdilər. İndi isə həmin məsələnin əhəmiyyətini anlayıb, həyata keçirməyə çalışırlar. Sözsüz ki, bu bölgünü dəstəkləyirəm və həyata keçirilməsinə ümid edirəm”.

Qeyd edək ki, son zamanlar Azərbaycanda yaranmış iqtisadi zəifləmələr fonunda İcra Hakimiyyəti Orqanlarının ləğv edilib, əvəzində quberniyaların yaradılması məsələsi gündəmə gəlib.

Ayyət Əhməd