Azərbaycanın telekanallarında "16+" məhdudiyyəti - Bu saatlarda
05:15 21.06.2018
Arxiv
313
Azərbaycanda telekanallarda "16+” yaş kateqoriyası üçün nəzərdə tutulan qorxu məzmunlu informasiyaların yerli vaxtla saat 7-dən 21-dək, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaların, eləcə də erotik məzmunlu informasiyaların yerli vaxtla saat 6-dan 23-dək yayımına məhdudiyyət qoyulacaq.
"Sherg.az"ın Trend-ə istinadən xəbərinə görə, bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalara zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli informasiyalar aiddir.
Teleradio yayımı vasitəsi ilə "Universal", "6-", "6+" və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına isə vaxt məhdudiyyəti qoyulmayacaq.
Layihədə müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınmaqla informasiya məhsulunun yaş kateqoriyasına uyğun təsnifatı da aparılıb.
Bu təsnifata uyğun olaraq, "Universal" yaş kateqoriyasına aid edilən informasiyaların istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmayacaq.
"6 yaşadək" yaş kateqoriyasına aid olan infromasiyaların 6 yaşı tamam olmamış uşaqlar, "6 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 6 yaşı tamam olmuş uşaqlar, "12 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 12 yaşı tamam olmuş uşaqlar, "16 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 16 yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol veriləcək.
"18 yaşdan" yaş kateqoriyasına aid olan informasiyaların uşaqlar arasında dövriyyəsinə yol verilməyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya