Azərbaycanla İtaliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri...
07:21 26.07.2018
Arxiv
336
İtaliya prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib.
"Sherg.az" xəbər verir ki, Forumun ilk günündə müxtəlif sahələr üzrə iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi panel iclaslar baş tutub. Hər iki ölkənin dövlət qurumlarının və şirkət nümayəndələrinin iştirak etdiyi kənd təsərrüfatı ilə bağlı keçirilən dəyirmi masada Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova təqdimatla çıxış ediblər.
İclasda ölkələrimiz arasında bu sahədə mövcud olan əməkdaşlığın hazırki durumu və gözləntilərdən danışılıb, yeni yaranmış Dövlət Aqrar Ticarət Şirkəti ilə İtaliya şirkətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclasda Azərbaycan və İtaliya arasında mövcud ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının payının daha da artacağına əminlik ifadə olunub.
Forumun Heydər Əliyev Mərkəzində baş tutan ikinci günündə hər iki ölkənin dövlət başçısı ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən 350-dək iş adamı iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm