Azərbaycanlı biznesmenin qətlinin təfərüatları ortaya çıxıb
12:27 14.02.2016
Arxiv
877
Rusiyanın Volqoqrad vilayətində iş adamı Zülfüqar Əsədovun qətlinin istintaqı yekunlaşıb və qətlin bir sıra təfərüatları ortaya çıxıb.
anspress xəbər verir ki, 2015-ci ilin sentyabr ayının 26-da iş adamı Z. Əsədovu qətlə yetirən şəxslər barədə ittiham aktı təsdiq edilib.
Məlumata görə, sui-qəsd Əsədova edilən hücumlardan sayca üçüncüsüdür. Onun qətlə yetirilməsi biznesmenə qarşı 18 iyun 2014-cü ildə törədilmiş sui-qəsdlə əlaqəlidir. 2014-cü ildə iş adamına qarşı törədilən sui-qəsd hadisəsı zamanı 4 nəfər ittiham edilərək onlar barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Həmin şəxslərdən 2 nəfəri doğma qardaşı və biznesmenin sürücüsü idi. Onu qətlə yetirən şəxs isə həmin sui-qəsdi törədənlərdən birinin əmisi oğlu olub.
İstintaqın versiyasına görə, həmin əmioğlu öz dostuna Zülfüqar Əsədovu qətlə yetirməyi təklif edib. Buna səbəb isə həmin şəxsin qohumunun həbsdə olması olub. Qətl hadisəsi qisas məqəsdi ilə törədilib.
Hadisənin başvermə formasına gəlincə, istintaqın məlumatına görə, qətli törədən iki nəfər əvvəlcə "VAZ” markalı avtomobil kirayələyiblər və maşına oğurluq nömrə taxıblar. Daha sonra biznesmenin evinn qarşısına gələrək ona 9 dəfə atəş açıblar və ərazidən uzaqlaşıblar.
Təqsirli bilinən şəxslər barəsində ittihamnamə təsdiq edilsə də məhkəmənin vaxtı hələlik məlum deyil. Məsələ ilə bağlı ittiham edilənlər və onların hüquq-müdafiəçiləri tərəfindən heç bir şərh verilməyib.
Qətl hadisəsi ötən ilin sentyabrın 26-da gecə qeydə alınıb. Gecə saatlarında azərbaycanlı biznesmen Zülfüqar Əsədova evinin yaxınlığında - 32 saylı binanın qarşısında avtomobilində olarkən atəş açılıb. O, çoxsaylı güllə yarası ilə ağır vəziyyətdə xəstəxanaya aparılsa da, yolda özünə gəlmədən keçinib. Əsədov hadisə vaxtı avtomobilində tək olmayıb. Onun mühafizəçisi də yanında olub. Amma o sağ qalıb. Güllələnən həmyerlimizin Volqoqradda topdan satış ticarət mərkəzində bir neçə ticarət məntəqəsinin sahibi olduğu bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat