Azərbaycanlı deputatlar ATƏT PA-nın toplantısına gedirlər
11:51 04.07.2018
Arxiv
386
Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat təşkilatın illik sessiyasında iştirak etmək üçün iyulun 6-da Almaniyanın paytaxtı Berlinə səfər edəcək.
Modern.az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Ülviyyə Ağayeva, Tahir Mirkişili, Elşad Həsənov və Kamran Nəbizadə daxildirlər.
Qurumun Daimi komitəsinin iclasında sessiyanın gündəliyi təsdiq olunacaq, xüsusi nümayəndələrin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, prosedur qaydalarına dəyişikliyin edilməsi barədə təkliflərə baxılacaq. Təşkilatın komitələrində hərbi-siyasi sahədə ATƏT-in öhdəlikləri, münaqişələrin həlli yolları, terrorizmlə mübarizə, iqlim dəyişiklikləri, münaqişələrin ətraf mühitə təsiri, rəqəmsal texnologiyaların inkişafı, fövqəladə hallarda insan haqları, qaçqın və miqrantların hüquqları və digər məsələlər müzakirə olunacaq.
Sessiyada "ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” mövzusu ətrafında müzakirələr aparılacaq. Tədbirdə Azərbaycan tərəfinin "Nəqliyyat şəbəkələrinin inkişafı, o cümlədən Qədim İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi” adlı qətnamə layihəsi təqdim ediləcək. Toplantıda, həmçinin, "Terrorizmin, ekstremizmin qarşısının alınması”, "ATƏT regionunda müharibə və nifrətin təbliğinə qarşı mübarizə”, "Gənclərin hərtərəfli inkişafı üçün imkanların yaradılması yolu ilə sülhün və təhlükəsizliyin təşviqi”, "Gender zorakılığı ilə mübarizə”, "ATƏT-in səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində öhdəliklərin təsdiq edilməsi” adlı qətnamələr və digər sənədlər qəbul ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat