Azərbaycanlı jurnalist Macarıstan mediasında erməni vandalizmindən yazdı
14:05 28.02.2020
Arxiv
310
Jurnalist, “Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu və məşhur macarıstanlı türkoloq dr. İstvan Seresin həmmüəllifliyi ilə Macarıstanda fəaliyyət göstərən http://www.newjsag.hu portalında Xocalı soyqırımı, erməni işğalı və ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə bağlı məqalə dərc edilib. Məqalədə (http://www.newjsag.hu/2020/02/23/28-eve-tortent-a-hocali-meszarlas-egy-maig-alig-ismert-nemzetkozi-tragedia-tortenete/) erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı soyqırım və işğal, eyni zamanda etnik təmizləmə siyasəti tarixi faktlarla əks olunub. Xocalıda baş verən dəhşətlər barədə məlumat verilib.
Qeyd olunub ki, Xocalı qətliamı bir çox ölkələr tərəfindən bəşəriyyətə qarşı cinayət və soyqırımı kimi qiymətləndirilir. 2012-ci ildə Meksika və Kolumbiya, 2013-cü ildə Çexiya, Bosniya və Herseqovina, Peru, 2014-cü ildə Honduras, 2016-cı ildə İordaniya və 2017-ci ildə Cibuti Parlamenti və.s, həmçinin ABŞ-ın 21 ştatı bu soyqırımı tanıyıb.
Bundan başqa yazıda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə qeyd olunub. Həmçinin Qarabağın işğal edildiyi və insanların öz yurd yuvalarından didərgin düşdüyü, məcburi köşkünə çevrildiyi önə çəkilib.
Qarabağın qeyd şərtsiz işğaldan azad edilməsi barədə BMT təhlükəsizlik şurasının 4 qətnaməsinin olmasına baxmayaraq Ermənistanın işğalı davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və beynəlxalq hüquq normaları münqaişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini diktə edir.
Son illərdə bir çox ölkələr Azərbaycanla həmrəy olduğunu və Ermənistanın işğaldan əl çəkməsinin vacibliyi ilə bağlı mövqe ortaya qoyub. Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərlə bağlı bir sıra beynəlxalq qərarlar qəbul olunsa da, Ermənistan işğalçı siyasətini davam etdirərək onların icrasına mane olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm