Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada finala çıxdı
08:52 03.08.2018
Arxiv
960
Azərbaycanlı məktəbli bilik olimpiadasında finala çıxıb.
Modern.az-ın məlumatına görə, Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva İspaniyanın Barselona şəhərində keçirilmiş Dünya Alimlər Kuboku (World Scholar’s Cup) olimpiadasında finala vəsiqə qazanıb.
İngilis dilində keçirilən yarışmada ölkəmizi ilk dəfə olaraq Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva təmsil edib.
N.Quliyeva dünyanın 60-dan çox ölkəsinin 2100 şagirdinin qatıldığı beynəlxalq bilik müsabiqəsinin yarımfinalında müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb.
Barselonada baş tutan yarımfinal mərhələsində şagirdlər 5 gün müddətində özlərini ədəbiyyat, həyat bilgisi, incəsənət, inşa və s. sahələrdə sınayıblar. Bununla belə, qrup və individual olaraq müxtəlif mövzularda debatlar edərək, bir-birləri ilə mübarizə aparıblar.
Artıq 4-ü qızıl, 3-ü gümüş olmaqla ümumilikdə 7 medalla vətənimizi layiqincə təmsil etməyi bacaran Nərgiz Quliyeva Amerikada dünyanın ən nüfuzlu "Yale”də universitetində keçiriləcək final mərhələsinə qatılacaq. O, burada həm yarışacaq, həm də universitetin tələbə heyyəti ilə bərabər dərslərə qatılaraq, professor heyyətindən mühazirələr dinləyəcək.
Qeyd edək ki, Nərgiz Quliyeva bu il yanvarın 25-də Dünya Alimlər Kubokunun (World Scholar’s Cup) Bakı turnirində şagirdlər arasında ən yaxşı nəticə göstərərək İspaniyanin Barselona şəhərində keçirilən yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Amerika, Kanada, Fransa, Türkiyə, İzrail, Almaniya və s. kimi dünyanın ən öncül 60-a yaxın dövlətlərindən on minlərlə şagird müsabiqəyə qatılsalar da, yalnız ən bilikliləri yarımfinalda iştirak etmək hüququ qazanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya