"Bu müqavilə 2049-cu ilin sonuna qədər hüquqi qüvvədə olacaq.
""Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 32 ilə yarım milyard ton neft..."
09:45 14.09.2017
Arxiv
1313
İlham Şaban: "2008-2014-cü illərdə əldə etdiyimiz səviyyədə - 17-20 milyard dollar arasında olan gəlirlər gözlənilmir. Getdikcə neft hasilatı azalır və bu templə də gedəcək"
"Bu müqavilə 2049-cu ilin sonuna qədər hüquqi qüvvədə olacaq.
""Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG)) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişi Milli Məclis təsdiq etməlidir”.
Bunu "Sherg.az”a Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban deyib.
O bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında müqavilə sahəsinin təhvil-təslim aktı imzalandıqdan sonra birinci müqavilə qüvvədən düşmüş, ikinci müqavilə isə qüvvədən düşmüş hesab olunacaq:
"Bu müqavilə 2049-cu ilin sonuna qədər hüquqi qüvvədə olacaq.İlk müqavilə imzalanandan sentyabrın 1-nə qədər 436 milyon ton neft hasil edilib. Bundan sonra isə proqnozlara görə, 500 milyon tondan artıq neftin hasil ediləcəyi gözlənilir. Yəni indiyə qədər çıxarılan neftdən daha çox neftin çıxarılması gündəmdədir. Bu, ona dəlalət edir ki, bir vaxtlar səsləndirilən "Azərbaycanda neft erası bitdi” fikirləri yanlışdır. Yalnız Azərbaycanın artıq əvvəlki gəlirləri də olmayacaq. Yəni 2008-2014-cü illərdə əldə etdiyimiz səviyyədə - 17-20 milyard dollar arasında olan gəlirlər gözlənilmir.
Getdikcə neft hasilatı azalır və bu templə də gedəcək. Müqayisə edək, 20 ilə 436 milyon ton neft çıxarılıb, 32 ilə isə yarım milyard ton neft hasilatı olacaq. Bu əvvəlki dinamikaya baxanda azdır. Nəticə olaraq, qiymətə böldükdə ortalama 5-6 milyard dollar civarında gəlir əldə ediləcək”.
Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) bu gün imzalanıb. Sazişə əsasən razılaşmanın 2050-ci ilə qədər uzadılması nəzərdə tutulub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fevrala kimi 450 min nəfər öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
07:00 25.09.2026
Maraqlı
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual