AzTV-də ixtisarlar aparılır

Telekanal daxili işləri olduğuna görə əlavə məlumat vermir



"AzTV-də kütləvi ixtisarlar başlayıb”. Bu barədə qurumun keçmiş əməkdaşı Kamal Almuradlı sosial şəbəkədəki profilində yazıb. O qeyd edib ki, telekanalda ixtisarlar yeni təyin olunmuş baş proqram direktoru Elsevər Dünyamalıyevin göstərişinə əsasən aparılır:

"E.Dünyamalıyev göstəriş verib ki, hər redaksiyanın işçilərinin əlli faizi ixtisar olunsun, həmçinin yerdə qalan işçilərin maaşlarından 50-80 manat arası pul tutulsun. Ortaya sual çıxır, bəs yaxşı, bu işçilər lazım deyildisə, nəyə görə işə götürülüb. Əgər lazımdırsa, niyə işdən çıxarılır?”

İxtisarlara aydınlıq gətirmək məqsədilə teleməkanın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxladıq. Qurum sözçüsü məsələnin mahiyyəti barədə açıqlama verməkdən imtina etdi: "Birincisi, həmin məlumatı yayan adam xeyli müddətdir ki, bizdə çalışmır. Digər tərəfdən bu, daxili işimizdir. Bu məsələ ilə bağlı mətbuata şərh vermirik”.

Ayyət