AZTV-nin sədri vəzifəsindən azad edildi





Prezident İlham Əliyev Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Arif Nizam oğlu Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

.... 

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri dəyişdirilib.

"Sherg.az" xəbər verir ki, QSC sədri Arif Alışanov vəzifəsindən azad olunub.

QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb.

R.Məmmədli indiyə qədər AzTV-də "Günün nəbzi” verilişinin aparıcısı olub.