Lalə Mehralı: “İnsanlar öz içindəki şeytanın qurbanına çevrilib”
Baba nəvəsini niyə öldürdü?
20:35 09.02.2016
Arxiv
1228
16 yaşlı Turalın bacısına sataşdığı üçün qətlə yetirildiyi söylənilir
Lalə Mehralı: “İnsanlar öz içindəki şeytanın qurbanına çevrilib”
Lalə Mehralı: “İnsanlar öz içindəki şeytanın qurbanına çevrilib”
Son zamanlar ölkədə dəhşətli hadisələrin şahidi oluruq. İntiharlar, qətllər, təcavüzlər durmadan artır. Artıq ananın oğlu, babanın nəvəni öldürməsi, qardaşın bacısına, atanın qızına təcavüzü kimi müdhiş olaylar zəmanəmizin acı mənzərəsinə çevrilib. Bir zamanlar xeyirxahlığı, şəfqəti ilə seçilən Azərbaycan insanı, mehribanlığı, sədaqəti ilə öyünən Azərbaycan ailəsi sadist meyllərə maraqlı olub.
Belə ki, növbəti dəhşətli qətl hadisəsi Binəqədi rayonunda qeydə alınıb. Ağdam rayonundan olan məcburi köçkün, 16 yaşlı Tural Bayramov babası Rafiq Bayramov tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Tibbi ekspertiza zamanı T.Bayramovun qulaq, burun, dodaq və cinsiyyət orqanının kəsildiyi məlum olub. Səbəb kimi də öldürdüyü oğlanın öz bacısına sataşdığını göstərib. Törətdiyi cinayəti etiraf edən R.Bayramov izahatında nəvəsi Turalı bacısına sataşdığı üçün öldürdüyünü qeyd edib. Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin müzakirəsi zamanı bir sıra fikir ayrılıqları ortaya çıxıb. Hadisəyə rəy bildirən sosial istifadə istifadəçilərinin bir qismi babanın nəvəsinə böhtan ataraq öz cinayətinə haqq qazandırmağa çalışdığını iddia edib. Digər tərəf isə indiki zamanda qardaşın bacısına sataşmasının təəccüblü olmadığını vurğulayaraq babanın haqlı olaraq, öz nəvəsini namus üstündə qətlə yetirdiyini bəyan edib. Bəs ekspertlər necə düşünür?
Artıq belə şeyləri eşidəndə təəccüblənmədiyini təəssüflə vurğulayan "Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralının sözlərinə görə, bu hallar tez-tez baş verir, sadəcə ailələr cəmiyyətdən gizlədir: "Əslində cəmiyyətimiz o qədər korlanıb ki, indiki situasiyada yeniyetmənin öz bacısına sataşması halı da inandırıcıdır, babanın öz nəvəsinə böhtan atması faktı da. Cəmiyyət mənəvi deqradasiyaya uğrayıb, məhrəmlik hissləri ölüb, insanlıq öz yerini vəhşilik, mənəviyyatsızlıqla dəyişib. Sözlərim sərt görünə bilər, fərqindəyəm, tək bu hadisə ilə bağlı demirəm, belə dəhşətli və iyrənc hadisələr üçün ümumi deyirəm - insanlar öz içindəki şeytanın qurbanına çevrilib. Beyninə nə yerləşirsə onu edir. Şəxsən mən qorxuram uşaqları həyətə tək buraxmağa, ürəyimə min cür şey gəlir, kimsə yaxınlaşar, aldadar, zərər verər. 15-20 il qabaq belə şeylər gəlmirdi insanların ağlına, cəmiyyət yad məhrəmdən, halalı haramdan ayıra bilirdi. Hələ bizim ölkəmizdə mühafizəkar, milli adətlərə, ənənələrə bağlı bir ab-hava var, hakimiyyət milli dəyərlər sahəsində çox layihə reallaşdırır, mənəviyyat və insani dəyərlər hər şeydən ali tutulur və bunlara rəğmən insanlar öz şeytani hisslərinin quluna çevrilir. Səbəblər müxtəlif ola bilər. Birincisi, yeniyetmə və gənclərə nəzarət demək olar ki, yoxdur. Özüm şahidi oluram, həyətimizdəki məktəbin tinində 12-13 yaşlı uşaqlar siqaret çəkir. Bu evə gedəndə valideyni siqaret qoxusunu hiss eləmir? Siqaret elə spesifik qoxuya malikdir ki, istəyirsən bir şüşə ətir çilə üzərinə, yenə qoxuyacaq, yəni valideyn yüz faiz bilir ki, övladı siqaret çəkir. Etinasızlığı uşağı yoldan beləcə çıxarır. Bu gün siqaret çəkir, sabah küçədən keçən qıza söz atır, o biri gün parta yoldaşına sataşır, başqa bir gün də bacısına. İndi televiziya kanalları azad yayımdadır, əxlaqsızlığı əxlaq norması kimi təbliğ edən 10-larla veriliş var efirdə. Üstəlik, internet, mobil telefon azadlığı da var. Yeniyetmələrin hamısının əlində kitab boyda bir planşet, azad internet səfası, istədiyi hər şeyə baxa bilmək imkanı mövcuddur. Porno saytları gəzir, tanışlıq saytlarında əxlaqsız qadınlarla ünsiyyət qurur. Yəni uşaqlar belə-belə pozulur”. Konkret fakta gəldikdə isə dəqiq deyə bilmərəm sözügedən məsələdə kim günahkardır. Ola bilsin baba öz suçunu ört-basdır eləmək üçün nəvəsini o hala salıb. Ola da bilər, həqiqətən nəvəsi o hərəkəti edib, babası da özünə sığışdıra bilməyib. Bütün hallarda utancverici, dəhşət doğuran hadisədir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat