Baba Vəziroğlu: Elzanın heç bir şeirini oxumamışam, hər şeiri oxumuram"
12:34 14.09.2017
Arxiv
1540
"Əgər tənqiddə məhkəmə predmeti varsa, Elza Seyidcahanın şərəf və ləyaqəti təhqir olunubsa, şikayət edə bilər”.
Bunu "Sherg.az”a xalq şairi Baba Vəziroğlu əməkdar artist Elza Seyidcahanın Baba Vəziroğlu və Sabir Rüstəmxanlını məhkəmə ilə hədələməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, E.Seyidcahanın heç bir şeirinə rəy verməyib:
"Düşünürəm ki, Sabir Rüstəmxanlı da Elzanın şeirlərini tənqid etməyib. Media hərdən münasibətləri gərginləşdirmək üçün belə addımlar atır. E.Seyidcahanla bir yerdə oturmuşuq, necə onu tənqid edə bilərəm? Ümumiyyətlə, onun heç bir şeirini oxumamışam. Bəlkə o mətbuatda ya başqa vasitə ilə nə isə eşidib, duyub. Amma mən oxumadığım şeir və ya müəllifi haqqında rəy verə bilmərəm. Mənim xüsusi şairlərim var, onları oxuyuram. Hər çıxan şeiri oxumuram. Ona görə, Elzanın ifasını dinləyirəm, mahnılarına qulaq asmışam, amma şeirlərini oxumamışam.
Deyirlər ki, bir şeiri Elzanın özü yazırsa, on şeiri də onun adından yazıb paylaşırlar. Özü də bunu dəfələrlə deyib. Ona görə, qarışdırmamaq üçün heç bir şeirini oxumamışam”.
B.Vəziroğlunun fikrincə, kimsə başqasını tənqid etmiş olsa belə, bu şəxsiyyətin ünvanına yönəlmirsə, hər kəs başqasının yaradıcılığını tənqid edə bilər:
"Söhbət yaradıcılıqdan gedir. Bəzən görürük, sosial şəbəkələrdə, yaxud mətbuatda cavanlar klassiklərimiz - Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Səməd Vurğun və başqaları haqqında tənqidi sözlər deyir. Onları nə həbs edən, nə məhkəməyə verən hətta qınayan belə yoxdur. Amma məsələn, Səməd Vurğunun şəxsiyyəti haqqında artıq-əskik nə isə desələr, mənə toxunar. Onun varisləri də tam hüquqla həmin şəxsləri məhkəməyə verə bilər.
Yaradıcılıq haqqında isə tənqidlərə açıq olmaq lazımdır. Bunu da təəssüf ki, çox ağrılı şəkildə qəbul edənlər var. Neynəmək olar?!”
Qeyd edək ki, "APA TV”-nin "Show time” verilişinə qonaq olan əməkdar artistin sözlərinə görə, həmin şairlər onu tənqid etdiyindən məhkəməlik ola bilər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual