Badamdarda sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb




Badamdarda sürüşmə sahəsində monitorinqlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan "Sherg.az"a verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.