Bakı bulvarında özünü öldürən şəxsin kimliyi bilindi - FOTOLAR

Mayın 1-də Bakı bulvarında intihar edən şəxsin kimliyi müəyyən edilib. Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində Dənizkənarı Milli Park ərazisində, Kukla Teatrrının arxasında özünü dənizə ataraq intihar edən şəxsin Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü Rahib Qafarov olması müəyyən edilib.
Bildirilir ki, R.Qafarovun psixi problemləri olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
1 may
Bu gün Bakı bulvarında intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, saat 08:30 radələrində Dənizkənarı Milli Parkın ərazisində, Kukla Teatrının arxa hissəsində 25-30 yaşlı kişi özünü dəniz atıb. Dərhal parkın mühafizəçiləri və xilasedicilər kömək etməyə çalışsalar da, üzə bilməyən gəncin həyatını xilas etmək mümkün olmayıb.
İntihar edən şəxsin meyiti sudan çıxarılıb. Meyit 1 saylı şəhər xəstəxanasının morquna aparılıb.
İlkin olaraq ölən şəxsin üzərindən hər hansı sənəd tapılmayıb. Faktla bağlı araşdırmalar aparılır.