Bakı küçələri zülmətə bürünür
21:32 11.02.2016
Arxiv
876
Azər Allahverənov: “İşıqlandırılma olan küçələrdə enerjiyə qənaət adı altında işıqların məhdudlaşdırılması daha böyük narazılıq yarada bilər”
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və dolların bahalaşmasından sonra Azərbaycan hökuməti müxtəlif xərclərə qənaət etməyə başlayıb. Bunlardan biri də paytaxtda elektrik enerjisinə qənaət edilməsi ilə bağlıdır. İki həftədən artıqdır ki, paytaxtın bəzi küçə və prospektlərində, eləcə də qəsəbə yollarında işıqlar söndürülür. Sürücülər və piyadalar isə yaranmış vəziyyətdən haqlı olaraq narazılıq edirlər.
Rəsmi qurumlar isə deyilənlərin həqiqəti əks etdirmədiyini iddia edir. Bakının elektrik enerjisi ilə təminatına cavabdeh olan "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təmsil etdiyi qurum tərəfindən hər hansı problem yaradılmadığını deyib: "Biz elektrik enerjisini həmişəki qaydada veririk. Söhbət küçələrin işıqlandırılmasından gedirsə, bu, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir. Yəni, bizim tərəfimizdən elektrik enerjisi verilişində heç bir problem yoxdur”. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun köməkçisi isə Modern.az-a açıqlamasında Bakının heç bir küçə və prospektində işıqlar söndürülmədiyini deyib: "Onu kim deyirsə, yalan ittihamlar səsləndirir. Əgər siz belə bir problemlə qarşılaşmısınızsa, rəsmi müraciət edin, araşdıraq. Amma indiyədək Bakı Şəhər İcra Hakimiyyətinə gecə vaxtı küçələrdə işıqların söndürülməsilə bağlı şikayət daxil olmayıb”. Nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov problemin həqiqətən də aktual olduğunu deyib. Onun sözlərinə görə, Bakı küçələrində işıqlandırma mütləqdir: "Hardaki nəqliyyat vasitələrinin və piyadaların sıxlığı intensivdir, orada işıqlanma daha yüksək olmalıdır. Hesab edirəm ki, gecə saatlarında Bakının küçələrində və prospektlərdəki işıqların söndürülməsi sürücülərin hərəkətinə maneçilik törədir, bu həm də piyadaları bilavasitə təhlükə altına atmaq, qəza şəraitinin yaranması üçün bilavasitə
səbəb olan məsələdir. Eyni zamanda, işıqlandırma baş vermiş hansısa xoşagəlməz hadisənin tez bir zamanda aşkarlanması üçün də vacibdir. Çünki işıqlandırma zəif olduğu halda müşahidə kameralarının çəkdiyi görüntülərin də heç bir faydası olmayacaq. Bu isə yol-hərəkəti qanunsuzlarının və digər kriminal yönlü hadisələrin daha da artmasına rəvac verə bilər. Odur ki, təhlükəsizlik nöqteyi-nəzərindən gecələr işıqların söndürülməsi heç bir məntiqə sığmır”. Müvafiq icra qurumlarının küçə və prospektlərdəki işığı kəsmək və ya məhdud sayda verməklə xərclərə qənaət etdiklərinin anlaşılan olduğunu vurğulayan ekspert deyib ki, yaranmış vəziyyət bilavasitə vətəndaşların maraqlarına zidd olduğu, onların həyatlarını təhlükə altına atdığı üçün məsələ ciddi şəkildə nəzarətə götürülməli və əgər bu barədə rəsmi qərar varsa, yenidən gözdən keçirilməlidir. Elə bir mühit qurulmalıdır ki, insanlar küçədə hərəkət edərkən öz təhlükəsizliklərinə əmin olsunlar. Onsuz da Bakı küçələrinin işıqlandırılması hər zaman problemli sahə olub. Bu barədə dəfələrlə müzakirə açıb, əksər küçələrdə işıqlandırmanın zəif olduğunu dilə gətirmişdik. İndiki halda isə işıqlandırılma olan küçələrdə enerjiyə qənaət adı altında işıqların məhdudlaşdırılması daha böyük narazılıq yarada bilər. A.Allahverənovun sözlərinə görə, paytaxtdakı işıqlandırmanın söndürülməsi ilə bağlı bir neçə qurumlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir. Hətta lazım gəlsə, monitorinqlər də keçirə bilərlər: "İctimai nəzarət mexanizmi də bu sahədə öz sözünü deməlidir. Bakının küçə və prospektlərindəki işıqların söndürülməsi faktı aşkarlandığı halda müvafiq icra qurumlarına bildirilməli və sənədləşdirilməlidir. Belə olan halda aidiyyəti qurumlar işıqlandırmanın söndürülməsini inkar edə bilməyəcəklər. Amma o da düzgün deyil ki, vətəndaşlar əllərində kamera ilə gəzib, fakt toplasınlar. Buna ehtiyac yoxdur. Ən azından, yollarda fəaliyyət göstərən post-patrul xidməti bu məsələni nəzarətdə saxlamalı və yol təhlükəsizliyi nöqteyi-nəzərindən aşkarladığı faktla bağlı müvafiq icra qurumlarına məruzə etməlidir. Komplek yanaşma olmasa, hər hansı bir tərəfin məsuliyyətini müəyyənləşdirmək çətin olacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat