Bakı metrosunda yenilik: “Bunu çoxdan etmək lazım idi” - FOTO

Əlillərin və sağlamlığı məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları artırılaraq, bu nəqliyyat vasitəsindən onların imkanlarını məhdudlaşdıran maneələr aradan qaldırılacaq.
Ötən ilin sentyabr ayında elan edilmiş və "Bakı Metropoliteni" QSC-nin sosial əhəmiyyətli mühüm layihəsinin həyata keçirilməsi istiqamətində artıq ilk mühüm addımların atılmasına başlanılıb.
Layihənin məqsədi sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsini təmin etməkdir.
Sosioloq Elçin Bayramlı Sherg.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sözügedən layihəsini müsbət yenilik kimi dəyərləndirib:
"Təbii ki əlil vətəndaşların ictimai nəqliyyatdan, istifadə hüququ var və bu təmin olunmalıdır. Həm də bunu çoxdan etmək lazım idi. Amma ruslar demiş:
"Luçşe pozdno çem nukoqda”. Əlil arabasında olan sərnişinlər üçün bu çox gözəl imkan olacaq. Çünki metro ən sürətli və uzun məsafəyə getmək imkanı verən nəqliyyat növüdür. Vaqonda gedişi rahatdır problem pilləkənlərdə və eskalatorlarda olacaq. Bu problemi necə həll edcəklər deyə bilmərəm amma hər halda bu mümkündür”.
Şəymən