Bakı-Qazax yolunda dəhşətli qəza: 5 ölü - YENİLƏNİB - ADLAR




Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məluma olub
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.
Qəzada həyatını itirənlərin hamısı Maliyyə-İqtisad Kollecinin tələbələri və İmişli rayon sakinləridir.
***
15:24
Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.
"Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.