Bakıda 10 min manatlıq qızıl oğurlayan şəxs tutuldu







Bakıda 10 min manatlıq qızıl oğurlayan şəxs polis tərəfindən saxlanılıb.
 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin  məlumatına görə, Səbail RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Oqtay İbrahimova məxsus evdən içərisində 10000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlamış Sumqayıt şəhər sakini Emil Əliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.