
Bakıda 7 və 9 mərtəbəli köhnə binalar söküləcək
10:16 16.02.2016
Arxiv
1067
Binaların sakinlərinin yeni binalara köçürülməsi nəzərdə tutulur

"Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb”.
Bunu sahibkarlarla görüşündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur. Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Nazir tikinti şirkətlərini bu layihədə iştirak etməyə çağırıb.
Nazir bildirib ki, gələcəkdə tikinti şirkətlərinin də iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. Onların problemlərinin aradan qaldırılması üçün tədbirlər görüləcək.
"Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək”.(anspress)
Nazir qeyd edib ki, əvvəl tikintiyə başlamazdan əvvəl icazənin alınması üçün 245 gün və bəzən də çox vaxt tələb olunurdu. Lakin prezidentin tapşırığı ilə aparılan işlər nəticəsində yeni iş sistemi yaradılıb və sahibkarların onlara verilən kodlar vasitəsilə tikinti işləri ilə bağlı "online" sistemdə məlumat almaq imkanı olacaq. Bu da vaxt itkisini xeyli azaldacaq. Lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat